"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Borclar əvvəlki illərdəki sədrlərin təcrübəsizliyi və məsuliyyətsizliyi nəticəsində yaranmışdı”

--2021-10-01 / 16:24

“Son iki il ərzində bələdiyyənin əvvəlki illərdən yığılıb qalmış 45 min manatdan artıq borcunu silmişik. Bu borc əsasən DSMF olan borclar idi”- bu fikriləri Belediyye.infoya Göyçay bələdiyyəsinin sədri Cavid Rəhimov bildirib.

Hazırda bank hesabımız açıq olduğundan maliyyə əməliyyatları etməklə bizə müraciət edən vətəndaşlarımızın problemlərinin həllinə çalışırıq.

Bütün kollektivin birgə zəhməti, Göyçay RiH-in və Göyçay regional ədliyyə idarəsinin yaxından dəstəyilə borcu silə bildik.

Etiraf etməliyik ki, istənilən halda borclar əvvəlki illərdəki sədrlərin təcrübəsizliyi və məsuliyyətsizliyi nəticəsində yaranmışdı. Hər bir sədr, üzv və qulluqçu öz işinə məsuliyyətlə yanaşmış olsaydı bələdiyyələrimizdə belə bir vəziyyət də yaranmazdı.

Bu gün bizim, Göyçay bələdiyyəsi olaraq, əsas məqsədimiz vergilərin həcmini artırmaqla şəhərdə irihəcmli layihələri həyata keçirməkdir.

Belediyye.info

ŞƏRHLƏR